Vətəndaş Həmrəyliyi Partiyası 35 saylı Xətai üçüncü Seçki Dairəsindən Milli Məclisə namizədliyi irəli sürülən Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin dəstəklənməsi barədə qərar verib.
VHP seçkilərdə Xətai rayon təşkilatının üzvlərinə və tərəfdarlarına İqbal Ağazadəyə səs verməyə çağırıb.
Xatırladaq ki, bir müddət əvvəl Vətəndaş Həmrəyliyi Partiyasının Xətai üçüncü Seçki Dairəsindən irəli sürdüyü namizəd Rəşad Məmmədli də İqbal Ağazadənin xeyrinə namizədliyindən imtina edib.
Cia.az
