|
Polis oğurluğu cinayət hesab etmir?

Telefonu oğurlanan Bakı sakini Səidə Hüseynova “Qafqazinfo” ya müraciət edib. 

O bildirib ki, avqustun 20-da 132 nömrəli marşrutda gedərkən onun “Sony Xperia”markalı telefonu sərnişin tərəfindən oğurlanıb: “Dərhal Səbail rayon 9-cu polis bölməsinə getdim və bununla bağlı ərizə yazdım. İki aydır ki, hər dəfə “102”yə zəng edib telefonun tapılıb-tapılmaması barədə soruşuram. Bugünkü zəngdə isə mənə dedilər ki, sizin ərizəniz sentyabrın 10-da ləğv edilib. Ona görə ki, hadisənin tərkibində cinayət əməli yoxdur.

Mən başa düşmürəm ki, “102”yə bir neçə dəfə zəng etdiyim halda, ərizəmin ləğv olunduğu barədə məlumatı mənə niyə demirdilər? Bundan əlavə, hadisədə cinayət əməlinin olmaması nə deməkdir? O zaman hamı telefon oğurluğu ilə məşğul olsun ki, onsuz da bu cinayət hesab edilmir. Bu nə məsuliyyətsizlikdir?”.

Cia.az