|
FHN mağazaya oğurluğa girən şəxsi xilas etdi

Bu gecə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir şəhərində bir nəfərin mağazanın tavan və çardağı arasında sıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Yanğınsöndürən-xilasedicilər vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 04:45-də başa çatıb.

Amma sonradan... FHN-in əməkdaşları tərəfindən xilas edilən şəxslə bağlı maraqlı məqam ortaya çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, mağazanın çardağında çıxılmaz vəziyyətdə qalan şəxs 33 yaşlı Orxan Ağayev olub. Bəlli olub ki, o, saat 04 radələrində mağazaya oğurluq etmək üçün daxil olmağa çalışıb. Lakin iradəsindən asılı olmayaraq çətin duruma düşüb.

Faktla bağlı araşdırmalar aparılır.

Cia.az