|
Məqsəd İsayev: "Qalib gələ bilərdik"

"Yaxşı oyun nümayiş etdirdik.  Buna baxmayaraq, qol şanslardan istifadə edə bilmədik. Buna bacarsaydıq, qalib gələ bilərdik".

Bu sözləri Qol.Az-a "Neftçi"nin futbolçusu Məqsəd İsayev Azərbaycan Premyer Liqasının 10-cu turunda "İnter"lə bərabərə qaldıqları oyunu (1:1) şərh edərkən deyib.

O, növbəti turda qarşılaşacaqları "Sumqayıt"la matç barədə də fikirlərini bildirib:

"Sumqayıt"la oyun çətin olacaq. Komandanın heyətində  yeni gənc futbolçular var. Bu səbəbdən uyğunlaşmada çətinlik olur. Düşünürəm ki, bu, zamanla düzələcək".

Cia.az