|
"Azərreyl" qələbə qazandı, "Lokomotiv" uduzdu

Ötən gün Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol klubu Çempionlar Liqasında ilk oyununa çıxıb.

 "dəmiryolçular" Rusiyada “Dinamo” (Kazan) kollektivinin qonağı olub. 
Qarşılaşma Rusiya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Çempionlar Liqasının A qrupunda mübarizə aparan digər təmsilçimiz ilk matçında Almaniyanın “Alyants Ştutqart” klubu ilə qarşılaşıb. Komandamız ilk görüşündə Almaniya təmsilçisindən üstün olub – 3:0.
Qeyd edək ki, A qrupunda “Lokomotiv”, “Azərreyl” (hər ikisi Azərbaycan), “Dinamo Kazan” (Rusiya) və Almaniyanın “Alyants Ştutqart” komandaları mübarizə aparır.

Cia.az