|
Dolğun dodaqlar üçün təbii vasitə

Son illər dəri baxımında darçından geniş istifadə edilir. Darçın dəri ləkələrini aradan qaldırır, sızanaqları müalicə edir, bundan başqa dəri sağlamlığı üçün də başqa faydalara məxsusdur.

Darçın ölü dərinin atılmasına yardım edir. Müntəzəm istifadə edildiyində sızanaqların qısa müddətdə yox olmasına səbəb olur. Dərini nəmləndirərək fərəhlədir.

Əsasən payız-qış mövsümündə quruyan dəri problemindən şikayət edənlər üçün darçının xeyri var.1 çay qaşığı darçın, 1 çay qaşığı bal və 1 çay qaşığı limon ilə hazırlayacağınız maska sayəsində dəriniz parlaq, canlı və sağlam görünəcək.

Hər hansı bir plastik əməliyyat etdirmədən daha dolğun dodaqlara sahib olmaq üçün isə yenə darçından faydalana bilərsiniz. Heç bir şey etmədən əvvəl dodaqlarınıza vazelin sürtün, üzərindən darçın sürtərək bir neçə dəqiqə gözləyin, dodaqlarınızda yüngül qarışqalanma hiss edəndən sonra bir qat daha vazelin sürtün.

Cia.az