Yunanıstanda amerikalı arxeoloqlar tərəfindən aparılan arxeoloji qazıntılar zamanı 3500 il əvvəl ölmüş bir əsgərə aid məzardan xəzinə tapılıb. Məzarın açılmasından sonra onun içərisində qızıl sırğa və üzüklərin yanında gümüş qılınc, fil dişindən hazırlanmış sap kimi qiymətli əşyalar da aşkarlanıb.
Bu tapıntı son illərin kəşf edilən ən böyük sərvəti kimi tarixə düşüb. Yunanıstan Mədəniyyət Nazirliyi məzardan çıxan sərvətin son 65 ildə kəşf edilən ən əhəmiyyətli tapıntılar olduğunu açıqlayıb. Mora yarımadasındakı Nestor Sarayından çıxarılan həmin cəvahiratın Krit sivilizasiyası dövrünə aid izlər daşıdığı bildirilir.
ABŞ-ın Cincinnati Universitetindən olan araşdırmaçılar 1400-dən çox qiymətli əşyanın təsbit edildiyini, bu əşyaların keyfiyyətinin isə Krit sivilizasiyası ilə olan əlaqəni sübut etdiyini söyləyiblər.
Cia.az
