|
"Qızım evdə tacla gəzirdi" -

Xalq artisi Məleykə Əsədova qızı Gülərdən danışıb. 
Aktrisa “Hər axşam” verilişində istirahət günlərini ona həsr etdiyini bildirib.
“Həftə sonu istirahətimi həmişə ona ayırıram. Onu əyləncə mərkəzlərinə aparır, gəzdirirəm. Gülər tamaşalara tez-tez gedir. Maria Tüdoru oynayanda qızım evdə tacla gəzirdi. “Mənim günahım” əsərində balerina obrazındayam. İndi də qızım da gedib özünə balerina paltarı alıb, evdə onla dolaşır. Əvvəllər həkim olmaq istəyirdi. Sonra dedi ki, polis olacam. Fikrini tez-tez dəyişir. İndi deyir ki, “Hər gün bir şey istəyirəm: kraliça, həkim, müəllim, polis. Ən yaxşısı aktrisa olum”. Aktrisalar bir neçə insanın taleyini yaşayır. Onlarla incə davranmaq lazımdır”.

Cia.az