|
Gülağa Məmmədovun 90 illik yubileyi keçiriləcək

Azərbaycanın xalq artisti, müğənni Gülağa Məmmədovun 90 illik yubiley tədbiri keçiriləcək.
Bu barədə "Report"a Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasından məlumat verilib.
Noyabrın 18-də Filarmoniyanın səhnəsində keçiriləcək yubiley tədbirində Gülağa Məmmədovun yaxınları, ailə üzvləri, dostları iştirak edəcək.

Yubiley gecəsində Gülağa Məmmədovun reperuarında olan mahnılar səsləndiriləcək.

Cia.az