Sabiq deputat İkram İsrafilin oğlu qəzaya düşüb.
İ. İsrafil bu barədə facebook-da yazıb: “Bu gün saat 10:00-da Şəkinin Şirinbulaq kəndində seçicilərimizlə görüş keçirəcəkdik. Görüşə hazırlıq məqsədilə gedən oğlumun maşının sağ qabaq təkəri partlayıb. Nəticədə maşın yoldan çıxaraq ağaca çırpılıb. Allaha min şükürlər olsun ki, salamatlıqdır”.
Qeyd edək ki, İkram İsrafil noyabrın 1-də keçiriləcək parlament seçkilərində 115 saylı Şəki kənd ikinci seçki dairəsi üzrə Müsavat Partiyasından deputatlığa namizəddir.

Cia.az
