Neft nəhəngi BP bəyan edib ki, dünya bazarında neftin və qazın qiymətinin kəskin aşağı düşməsi nəticəsində şirkətin də gəlirlərində ciddi azalma baş verib. Bu səbəbdən şirkət kapital qoyuluşlarını da azaltmalı olub.
BP-nin icraçı direktoru Robert Dadli şirkətin bu ilki kapital qoyuluşlarının planlaşdırılandan da az-19 milyard dollar olacağını açıqlayıb. İlin əvvəlində BP kapital qoyuluşlarının 20 milyard dollar olacağını proqnozlaşdırmışdı.
“Biz hazırda öz maliyyə bazamızı yeni qiymət mühitinə uyğunlaşdırmağa çalışırıq”-Robert Dadli bildirib. İcraçı direktor deyib ki, hazırda şirkət Azərbaycan, Misir, Oman, Şimal dənizi və ABŞ-ın Meksika körfəzindəki yataqlarda hasilatın gündə orta hesabla 800 min barrel artacağını gözləyir və kapital qoyuluşlarını bu istiqamətə yönəldib.
Cia.az
