|
Türkiyə PKK-ya qarşı 6 min əsgərlə əməliyyat keçirib
Türkiyə Silahlı Qüvvələrinin  6 min əsgərlə təxminən bir aydır davam etdirdiyi əməliyyatlar nəticəsində  Yüksəkovadakı  İkiyaka dağlarının 90 faizi PKK terrorçularından təmizlənib.
Əməliyyatlar nəticəsində PKK-ya aid düşərgələr, silah anbarları darmadağın edilib.
Bir aylıq əməliyyatda iki desant briqadası və 20 xüsusi qüvvələr batalyonu olmaqla  təxminən altı min əsgər iştirak edib. Əməliyyat nəticəsində  İkiyaka dağlarının 90 faizi təmizlənib.
Ordunun 12 strateji PKK məntəqəsindən 9-nu  ələ keçirdiyi bildirilir.
Cia.az