|
Əfqanıstan prezidenti Azərbaycana gəldi

Dekabrın 1-də Əfqanıstan İslam Respublikasının Prezidenti Əşrəf Qəni Əhmədzay Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
AzNews.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Əfqanıstan Prezidenti Əşrəf Qəni Əhmədzayı hava limanında Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşıladılar.