Türkiyənin Ərzurum vilayətinin məhkəməsi 12 kiloqram 633 qram saflaşdırılmış heroini İstanbula apararkən yaxalanan iki Azərbaycan vətəndaşına hökm oxuyub.
İttiham aktına əsasən Azərbaycan vətəndaşları Tükəzban Ş. və Orxan Quliyev adlı şəxslər bu il aprelin 9-da Vanda təhvil aldıqları heroini fərdi avtomobilin ön buffer hissəsində gizlədərək İstanbula doğru yola çıxıblar.
Lakin Ərzurum-Pasinlər şose yolunda reyd keçirən narkotiklərə qarşı mübarizə idarəsinin polisləri onların avtomobilini saxlayıb. Bu zaman “Çapkın” adlı polis iti avtomobilin ön hissəsindəki narkotikin iyini hiss edib. Nəticədə Azərbaycan vətəndaşları həbs olunub və barələrində narkotik alveri maddəsi ilə cinayət işi qaldırılıb.

Məhkəmədə onlar tutduqları əməldən peşman olduqlarını desələr də barələrində üst-üstə 22 il 6 ay həbs və 112 min türk lirəsi cərimə cəzası çıxarılıb. Bu həbs cəzasının 15 ili Orxan Quliyevin, 7 il 6 ayı isə Tükəzbanın payına düşüb.
Cia.az
