Türkiyə superliqasında 9-cu tura yekun vurulub.
Lider "Beşiktaş" səfərdə "Antalyaspor"la qarşılaşıb. Matç İstanbul klubunun 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qalibiyyətlə "Beşiktaş" xalını 22-ə yüksəldib və ilk pillədəki mövqeyini qoruyub. 18 xal toplayan “Qalatasaray” və “Fənərbaxça” müvafiq olaraq ikinci-üçüncü yeri tutur.
26 oktyabr
Türkiyə superliqası, 9-cu tur
"Antalyaspor" - "Beşiktaş" - 1:5
Qollar: Necip Uysal, 14 (0:1), Samuel Eto'o, 21 (1:1), Mario Qomes, 27 (1:2), 63 (1:3), Olcay Şahan, 72 (1:4), Cenk Tosun, 89 (1:5)
Cia.az
