Braziliya millisinin sabiq futbolçusu Roberto Karlos həmyerlisi Neymarı Lionel Messi və Kriştiano Ronaldo ilə müqayisə edib.
O, Neymarın daha yaxşı oyunçu olduğunu deyib:
"Məndən Ronaldonun, yoxsa Messinin daha güclü olduğunu soruşurlar. Ancaq mənim üçün dünyanın ən yaxşısı Neymardır. Onun bir neçə ilə "Qızıl top" mükafatını qazanacağına inanıram. Çünki Neymar buna layiqdir".
Cia.az
