"Valensiya"nın hücumçusu Rodriqo Moreno zədələnərək sıradan çıxıb.
İspaniyalı futbolçu "Atletiko" (Madrid) ilə La Liqa oyununda (1:2) zədə alıb.
Matçın 23-cü dəqiqəsində əvəzlənən 24 yaşlı futbolçunun zədəsi ciddidir. Onun 3 ay yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.
Qeyd edək ki, cari mövsüm "Valensiya"nın heyətində 7 oyuna çıxan Rodriqo qol vurmayıb.
Cia.az
