|
Azad Suriya Ordusundan rəsmi Moskvaya sərt cavab
Azad Suriya Ordusu (ASO) Rusiyadan  hərbi dəstək istəmədiklərini açıqlayıb.
BBC-yə danışan ASO  sözçüsü İssam Əl-Rəis   rəsmi Moskvanın etibarsız olduğunu və Rusların köməyinə ehtiyac duymadıqlarını deyib. 
"Rusiya prezidenti Vladimir Putin öz xalqını fərq qoymadan öldürən bir rejimə yardım edir. Rusların bizə yardım edəcəyinə necə inana bilərik?"
ASO-nun  Əsədlə müharibəsini davam edəcəyini deyən  əl Rəis  Bəşər Əsədin  Suriyada həll prosesinin  bir parçası olmayacağını  qeyd edib.
Qeyd edək ki, Rusiya xarici işlər naziri  Sergey  Lavrov  müxalif  ASO-ya yardım edə biləcəklərini açıqlamışdı.
Cia.az