|
Xaricdə işləmək istəyənlərin nəzərinə:

İslam Əməkdaşlıq Təşkilatının Bakıda mərkəzi açılacaq.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

E.Babayev deyib ki, Əmək Mərkəzinin yaradılması məsələsi İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin üçüncü konfransında müzakirəyə çıxarılacaq.

Nazir Səlim Müslümovun qatılacağı tədbirdə İslam ölkələri arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi, əmək bazarının inkişafı, işsizliyin və yoxsulluğun azaldılması, əməyin mühafizəsi, işçi qüvvəsinin keyfiyyətinin artırılması, gənclərin və qadınların  məşğulluğunun dəstəklənməsi, inkluziv əmək bazarının yaradılması, qarşılıqlı təcrübə mübadilələrinin aparılması və s. məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, təşkilatın Bakıda Əmək Mərkəzinin yaradılması təşəbbüsü ölkə başçısı İlham Əliyev tərəfindən  irəli sürülüb. Əmək Mərkəzinin yaradılması məqsədilə artıq tədbirlərə başlanılıb.

Cia.az