|
Kanadanın turist gəmisinin batması nəticəsində 4 nəfər həlak olub
Kanadanın qərb sahilində balina seyr etmək üçün səyahət edən turist gəmisinin suya qərq olması nəticəsində azı dörd nəfər həlak olub.
Göyərtəsində 27 sərnişin və ekipaj üzvü olan gəminin Britaniya Kolumbiya vilayətinin Tofino regionu yaxınlığında batmasına nəyin səbəb olduğu hələlik aydın deyil.
Azı 11 nəfər xilas edilərək xəstəxanaya çatdırılıb. Island Health şirkətinin sözçüsü bildirib ki, onlardan birinin vəziyyəti sabit-ağır olaraq qalır. Bazar günü gecə saatlarında baş vermiş hadisədə digər insanların taleyi haqda məlumat yoxdur.  
Qayığın aid olduğu şirkətdən alınan məlumata görə turist gəmisi balinaları görmək üçün turistləri Vankuver adası yaxınlığında səyahətə çıxarıb.  
 
Dünən şirkət bildirib ki, sərnişin və ekipaj üzvlərinin xilasetmə əməliyyatı başa çatdıqdan sonra hadisə ilə əlaqədar daha geniş məlumat veriləcək
Cia.az