|
Bakıda pəncərə silən 18 yaşlı qız üçüncü mərtəbədən yıxıldı
Bakıda bədbəxt hadisə baş verib. 18 yaşlı qız pəncərə silərkən üçüncü mərtəbədən yıxılıb. 
Hadisə şahidlərinin musavat.com-a verdiyi məlumata görə, 1997-ci il təvəllüdlü Nigar Aslanlı evlərinin pəncərəsini silərkən yıxılıb. 
Hadisə Binəqədi rayonunda baş verib. 8-ci mikrorayonda yaşayan N.Aslanlı binanın üçüncü mərtəbəsindən yıxılıb. Xoşbəxtlikdən N.Aslanlı sağ qalıb. 
Gənc qız kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Cia.az