|
Əfqanıstanda 100-ə yaxın silahlı qruplaşma üzvü məhv edilib
Əfqanıstanın güc strukturlarının apardığı əməliyyat nəticəsində son sutkada hökumət əleyhinə döyüşən qruplaşamaların 97 silhalı üzvü məhv edilib.
Bunu ölkənin təhlükəsizlik qüvvələrinin nümayəndələri bildirib.
Ən azı 65 silahlı qruplaşma üzvü yaralanıb, dördü isə girov götürülüb. Öldürülənlər arasında silahlı müxalifətin bölmə komandirləri də olub. Silahlar müsadirə olunub, onlarla mina və fuqas zərərsizləşdirilib.
Xatırladaq ki, Əfqanıstan ordusu və polisi bazar günü səhər Kunar, Laqman, Pərvan, Kabil, Qazni, Herat, Badqis və Hilmənd əyalətlərində silahlı müxalif döyüşçülərin "təmizlənməsinə" hesablanmış irimiqyaslı əməliyyatlara başlayıb.
Cia.az