|
Goranboyda "Milli Ön" ödəmə terminalını oğurlayanlar tutuldu

Goranboy rayonunda mağazadan "Milli Ön" ödəmə terminalını oğurlayan üç şəxs tutulub.

Onlar Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Belə ki, oktyabrın 24-də İftixar Yusifova məxsus mağazadan içərisində 3 036 manat olan "Milli Ön" ödəmə terminalını oğurlayan rayon sakinləri, əvvəllər məhkum olunan Elşən Qurbanov, Vaqif Hüseynov və İlkin Şıxıyev tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Cia.az