Bakı və Şəki sakinlərində narkotik vasitə aşkarlanıb.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Sabunçu rayon 13-cü Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakinləri - 1976-cı il təvəllüdlü Alim Cavadovdan 0,173, 1964-cü il təvəllüdlü Əmrah Şeydayevdən 0,180, əvvəllər məhkum olunmuşlar 1970-ci il təvəllüdlü Rüfət Babayevdən 0,169 və 1986-cı il təvəllüdlü Ramazan Şirəliyevdən isə 0,195 qram heroin götürülüb.
Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Şəki şəhər sakinləri - 1990-cı il təvəllüdlü Əli Zeynalovdan və əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü Əmir Dəmirovdan 1 kiloqramdan artıq marixuana götürülüb.
Hər bir faktla bağlı araşdırma aparılır.
Cia.az
