Amerikalı kinorejissor, ssenari müəllifi, aktyor və prodüser Vudi Allenin 79 yaşı tamam olur.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, “Nə olub, pələng səhləbi” adlı ilk filmini 1966-cı ildə çəkib. 1977-ci ildə “Enni Holl” filminə görə üç “Oskar” mükafatına layiq görülüb. 1985-ci ildə isə “Qızıl Qlobus” mükafatını alıb. Caz həvəskarı olan Vudi Allen həm də klarnet çalır.
Vudi Allenin 14 məşhur filminin siyahısını təqdim edirik:
1. "Seks haqqında hər şey bilmək istədiyiniz, amma soruşmağa qorxudunuz" 
2. "Məhəbbət və ölüm" 
3. "Enni Holl" 
4. "Manhetten" 
5. "Zeliq" 
6. "Brodvey Denni Rouz" 
7. "Qahirənin al-qırmızı qızılgülü" 
8. "Hanna və bacıları" 
9. "Ərlər və arvadlar" 
10. "Brodvey üzərində güllələr" 
11. "Harrinin dekonstruksiyası" 
12. "Matç Poynt" 
13. "Parisdə gecəyarısı" 
14. "Jasmin" 
