|
Parlament seçkilərində iştirak edən namizəd qətlə yetirilib
Misirdə parlament seçkilərində  “Əl Nur” dini konservativ partiyasından olan namizəd Şimali Sinay əyalətində naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.
APA-nın  “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, deputatlığa namizəd Mustafa Əbdül Rəhman evinin qarşısında güllələnib.
 
Hələlik heç bir qruplaşma qətlə görə məsuliyyəti öz üzərinə götürməyib.
Cia.az