|
Azərbaycanın 191,36 milyonluq ikinci peyki

Azərbaycanın ikinci peyk proqramının dəyəri 191,36 milyon dollar təşkil edəcək.

Cia.az Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentiliyinin saytına istinadən məlumat veriri ki, bu vəsait "Azerspace-2/Intelsat 38" ikinci geostasionar peykin tikintisinə və yeni yerüstü peyk avadanlığının aınmasına sərf ediləcək.

"Azerspace-2/Intelsat 38" peykinin orbitə 2017-ci ildə çıxarılması nəzərdə tutulur. Yeni peykin xidmət zonasının Avropa, Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcəyi qeyd olunur.

Cia.az