|
Rayon sakinləri Ziya Məmmədova kənd yollarından şikayətləndi

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq nəqliyyat naziri Ziya Məmmədov bu gün Neftçala şəhərində bu bölgədən olan vətəndaşları qəbul edib.

Qəbul zamanı bölgə rayonlarının - Salyan, Biləsuvar, Neftçala rayon sakinlərinin mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədilə müraciətləri dinlənilməsi gözlənilirdi.

Nəqliyyat naziri Ziya Məmmədov bu gün Neftçalaya gələrək qəbula başlayıb. Tədbirdə jurnalistlər də iştirak edib.

Nazir bölgə rayonlarından 30-dək sakini qəbul edib, onların şikayətlərini dinləyib. Sakinlərin nazirə ünvanlandığı müraciət və şikayətlərin əksəriyyəti kənd və kəndarası yolların bərbad vəziyyəti ilə bağlı olub. Nazir vəziyyətin araşdırılacağını və problemlərin həlli üçün müvafiq tədbirlər görüləcəyini deyib.

Cia.az