Britaniyalı aktyor Tom Hardi ilə aktrisa həyat yoldaşı Şarlotta Rayli valideyn olublar.
Ulduz cütlüyün uşağının cinsiyyəti və adı mediadan gizli saxlanılır.
Xatırladaq ki, Tomla Şarlotta 2014-cü ildə gizli şəkildə ailə qurmuşdular. Cütlük 2009-cu ildə film çəkilişi zamanı tanış olub.
Yeni doğulan körpə Şarlottanın ilk, Tomun isə ikinci övladıdır. Aktyorun daha əvvəlki nikahından Luis adlı bir oğlu var.
Cia.az
