|
"Qəbələ" çox ağır sınaqdan çıxa bilmədi -

UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilir.

Bu gün "Qəbələ" Almaniyanın adlı-sanlı "Borussiya" (Dortmund) klubunu qəbul edib.

Alman klubunun oyunçusu Obameyanq 31-ci dəqiqədə "doqquzluğu" dəqiq nişan almaqla hesabı açıb. O, 7 dəqiqə sonra dubl, 72-ci dəqiqədə isə het-trik edib - 0:3.

Son dəqiqələrdə isə "Qəbələ"nin futbolçusu Dodo təsəlli qolunu vurub - 1:3.

Beləliklə, "Borussiya" 3 oyundan 7 xal toplayaraq qrup lideri olub. "Qəbələ" isə 3 oyuna 1 xalla sonuncu pilləni tutur.

Cia.az