|
Prezidentin xanımı və qızından yeni FOTO

Sosial şəbəkədə ölkənin birinci xanımının böyük qızı ilə birlikdə çəkdirdiyi fotoşəkli yayılıb.

ANS PRESS-in məlumatına görə, Prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından fəaliyyət göstərən “Facebook” səhifəsində anası – Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə bir arada olduğu zaman çəkilən fotoşəkli paylaşılıb.

Şəkil sosial şəbəkə istifadəçiləri tərəfindən bəyənilib və çox sayda müsbət rəy yazılıb.