|
Xalq artistinə ağır itki

Xalq artisti Firəngiz Mütəllimovanın xalası vəfat edib.  Cia.az bildirir ki, bu barədə Axar.az-a xalq artisti özü məlumat verib:  “Xalam rəhmətə getdi. Elə bil ikinci anamı itirdim. Onu anam kimi çox istəyirdim. O mənə xala yox, ana idi. Sanki anamı itirdim. Böyük dərddi. Çox təəssüflənirəm, amma nə edək, həyat budur. Ürəyində problem var idi, həm də şəkər xəstəsi idi”. Qeyd edək ki, xalq artistinin xalası 79 yaşında vəfat edib.

Cia.az