Böyük Britaniyanın «Quacquarelli Symonds» (QS) şirkəti Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrinin ali məktəblərinin yeni reytinqini açıqlayıb.
Topniversities.com saytının yaydığı reytinq cədvəlində 150 universitet yer alıb.
Reytinqin başında Lomonosov adına Moskva Dövlət Universiteti gəlir. İkinci yerdə Rusiyanın Novosibirsk Dövlət Universiteti, üçüncü yerdə isə Çexiyanın Çarlz Universitetidir. İlk onluqda Estoniyanın Tartu (4-cü yer) və Polşanın Varşava və Yagellon universitetləri (6-7-ci yerlər) yer alıb. Qalanları yenə Rusiya və Çexiya universitetləridir.
Ümumiyyətlə, siyahıda Rusiya universitetləri üstünlük təşkil edir. İlk 100 təhsil müəssisəsinin demək olar ki, 25-i Rusiyada yerləşir. Türkiyədən siyahıda 16, Qazaxıstanda 14, Polşadan 12, Çexiyadan 10, Ukraynadan 9 təhsil müəssisəsi var.
Azərbaycandan Xəzər Universiteti 67, Qafqaz Universiteti 78, Bakı Dövlət Universiteti 83-cü yerdədir. Azərbaycan Dillər Universiteti 101-110-c yerdə qərar tutub.
Reytinq universitetin akademik nüfuzu, işəgötürənlər arasında nüfuzu, universitetdə çalışan müəllimlərin sayının tələbələrə nisbəti və s. amillərin təhlili əsasında hazırlanıb.
Cia.az
