|
Putin Leyla Əliyevaya medal verdi

Rusiya prezidenti Vladimir Putin “Xarici vətəndaşların Rusiya Federasiyasının ali dövlət mükafatları ilə təltif olunması haqqında” fərman imzalayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiyadakı nümayəndəliyinin başçısı Leyla Əliyeva “Puşkin” medalına layiq görülüb.

L.Əliyeva bu mükafatı “Rusiya ilə dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, rus dilinin xaricdə qorunması və populyarlaşdırılması işinə verdiyi töhfəyə görə” alıb.

Cia.az