|
Boşanan cütlük bir araya gəldi -

Aktrisa Meqan Foks və musiqiçi Brayan Ostin Qrin avqustda boşanmaq üçün sənədlərini versələr də, onları tez-tez bir yerdə görmək mümkündür.
Ulduzlar dünən uşaqları ilə birgə Nyu-Yorkda balqabaq bazarında obyektivə düşüblər. Onların mehriban davranışı da diqqətdən yayınmayıb.
Qeyd edək ki, Meqan Foksla Brayan Ostin 2010-cu ildə ailə qurublar. Cütlük 2004-cü ildən sevgilidir. Onların Noa və Bodi adlı azyaşlı uşaqları var.

 

 

 

 

 

 

Cia.az