Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Aureliya Buşe (Aurelia Bouchez) oktyabrın 27-də Bakıya gələcək.
A.Buşe səlahiyyətlərinin icrasına etimadnaməni Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra başlaya biləcək.
Xatırladaq ki, onun sələfi Paskal Monyenin diplomatik missiyasının müddəti oktyabrda baş çatıb.
A.Buşe 2010-ci ilin aprelindən bəri Avropa İttifaqının Qazaxıstandakı nümayəndəliyinin rəhbəri olub. Daha öncəki illərdə isə o, NATO-nun regional, iqtisadi və təhlükəsizlik məsələləri üzrə baş katibinin köməkçisinin müavini kimi çalışıb.
A.Buşe fransız, ingilis, rus və alman dillərini bilir.
Cia.az
