Gəncə sakini qonşusu tərəfindən döyülüb.
Cia.az Kəpəz TV-yə istinadən xəbər verir ki, 44 yaşlı Seymur Behbudov qabırğaların sınığı diaqnozu ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib və tibbi yardım göstərilib. Zərərçəkənin sözlərinə görə, o qonşusu tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.
Cia.az
