“Kimlərsə adımızı rüşvətdə və ya başqa qanunsuz hadisələrdə hallandırır. Bunların heç biri doğru deyil, hamısı yalan və cəfəngiyyatdır”.
Bu sözləri Türkiyədə yaşayan tanınmış iş adamı, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov deyib.
Azərbaycan əsilli milyarder bildirib ki, o, bu haqda yazanları tanımır: “Həmin yalanları kimin yazdığını bilmirəm. Amma mən bu işin sonuna kimi gedəcəyəm. Adamlara böhtan atırlar. Bunu hamı bilsin ki, qanunsuz işlərin olduğu yerdə “Palmali” şirkəti ola bilməz, mən də olmaram. Çünki “Palmali” deyilən şirkət elə mənəm”.
Cia.az
