|
Futbolda qeyri-adi hesab:

Futbolunda növbəti qeyri-adi hesab qeydə alınıb.

Estoniya Kubokunun 1/16 final mərhələsində keçirilən "Flora” (Tallin) – "Retro” görüşündə qapılara 17 qol vurulub.

Meydan sahibləri rəqib qapısından 17 cavabsız top keçirib. Qolların 8-i ilk, 9-u isə ikinci hissədə vurulub. 17 qolu 9 futbolçu vurub.

Qeyd edək ki, "Flora” Estoniya Çempionatının yüksək liqasında I pillədə qərarlaşıb. "Retro” isə III liqada mübarizə aparır.

Cia.az