|
Çində kimyəvi zavod partladı
Bu gün Çinin şərqində yerləşən Şandun əyalətindəki kimyəvi zavodda baş verən partlayış nəticəsində 9 nəfər itkin düşüb, daha 2 nəfər isə yaralanıb.
Bu haqda məlumatı Mərkəzi Çin televiziyası yayıb.
İnsident Pinyi mahalında baş verib. Hazırda zavodda xilasetmə işləri aparılır, qəzanın başvermə səbəbləri araşdırılır.
Cia.az