Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşlarına atəş açmaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Elvin Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Prosesə hakim Eldar İsmayılov sədrlik edib.
Prosesdə təqsirləndirilən şəxsin və zərərçəkmiş polis əməkdaşlarının anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 27-nə təyin edilib.
Qeyd edək ki, Elvin Məmmədov əvvəllər oğurluq etdiyinə görə Səbayel Rayon Məhkəməsinin qərarı ilə 3 il 11 ay şərti cəza alıb. Hökmlə razılaşmayan prokurorluq protest verib. Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən onun barəsində seçilmiş şərti cəza həbs-qətimkan tədbiri ilə dəyişdirilib.
Onun barəsində daha bir cinayət əməli aşkarlanıb. Belə ki, Elvin Məmmədov yeni bir cinayət törətmək istərkən Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları əməliyyat keçirib. E.Məmmədov bu zaman odlu silahla polislərə müqavimət göstərərək atəş açıb. O, hadisə yerindən qaçıb.
Elvin Məmmədov Cinayət Məcəlləsinin 228 (soyuq silah daşıma) və 29.120-ci (öldürməyə cəhd) maddələri ittiham olunub.
Cia.az
