Azərbaycan Respublikasının prezidenti İlham Əliyev rusiyalı rejissor Nikita Mixalkovun “Dostluq” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir:
-Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Nikita Sergeyeviç Mixalkov “Dostluq” ordeni ilə təltif edilsin.
Cia.az
