"Real"ın futbolçusu Qaret Beyl Çempionlar Liqasının qrup mərhələsində PSJ-yə qarşı matçda oynamayacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, zədə səbəbindən üç həftədir oynamayan uelsli yarımmüdafiəçi Paris klubu ilə oyunu da buraxacaq.
Qeyd edək ki, PSJ - "Real" görüşü oktyabrın 21-i keçiriləcək.
Cia.az
