|
Emenike millidəki karyerasını başa vurdu

"Fənərbaxça"nın sabiq futbolçusu, hazırda Birləşmiş Ərəb Əmirliyinin "Al-Ayn" klubunda çıxış edən Emmanuel Emenike Nigeriya millisindəki karyerasını başa vurub.

Bu barədə 28 yaşlı oyunçu özünün "İnstaqram" hesabından yazıb:

"Millidə oynadığım 5 ildən sonra buradakı karyeramı başa vururam. Pis və yaxşı günümdə mənə dəstək olan azarkeşlərə təşəkkür edirəm. Bu formanı geyindiyim üçün hər zaman qürur duyacam".

Qeyd edək ki, E.Emenike 2011-ci ildən Nigeriya millisində çıxış edirdi.

 Cia.az