|
Qubada yanğın baş verib
Azərbaycanın Quba rayonunda inzibati bina yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Cimi kəndində sahəsi 330 kv.m olan inzibati binada dam örtüyünün yanar konstruksiyaları yanıb. 
Otaqlar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Cia.az