Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edildikdən sonra Dövlət Təhlükəsizlik Şurasının üzvlərinin iştirakı ilə fövqəladə toplantı keçirilib.
Cia.az xəbər verir ki, prezidentin sədrliyilə keçirilən toplantıda milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsinin səbəbləri, Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirə olunduğu qeyd edilib.
Bu arada modern.az saytı Təhlükəsizlik Şurası ilə bağlı informasiya yayınlayıb. Bildirilir ki, şura 1997-ci il aprelin 10-da Prezidentin Fərmanı ilə yaradılıb. Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.
Prezidentin sədrlik etdiyi Təhlükəsizlik Şuranın tərkibinə aşağadakı vəzifə daşıyıcıları daxildir:
Milli Məclisin sədri
Baş nazir
Prezidentin Administrasiyasının rəhbəri
Xarici siyasət məsələləri üzrə dövlət müşaviri
Hərbi işlər üzrə dövlət müşaviri
Baş prokuror
Xarici işlər naziri
Müdafiə naziri
Milli təhlükəsizlik naziri
Daxili işlər naziri
Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir. Şuranın Katibi funksiyalarını Prezidentin Administrasiyasının rəhbəri yerinə yetirir. Administrasiyanın rəhbəri Təhlükəsizlik Şurasının fəaliyyətini təmin edir, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydası Administrasiya rəhbərinin təqdimatı əsasında Prezident tərəfindən müəyyənləşdirilir.
Bu vəzifələr siyahısından çıxış edərək deyə bilərik ki, Dövlət Təhlükəsizlik Şurasına hazırkı məqamda aşağadakı şəxslər daxildir:
İlham Əliyev
Oqtay Əsədov
Artur Rasizadə
Ramiz Mehdiyev
Vahid Əliyev
Zaki Qaralov
Elmar Məmmədyarov
Zakir Həsənov
Ramil Usubov
Cia.az
