|
Moskvada uşağı intihar həddinə çatdıran azərbaycanlıya 4 il iş verildi

Moskva məhkəməsi Azərbaycan əsilli Zahid Mamaliyevi uşağı intihar həddinə çatdırmaqda müqəssir bilib. O, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Cia.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən "Moskva" agentliyi məlumat yayıb. Mətbuat xidmətinin məlumatına görə, faciəvi hadisə 2014-cü ilin oktyabrında baş verib.

Bildirilir ki, həmin vaxt müttəhimin oğlu ilə sinif yoldaşı arasında mübahisə baş verib. Mamaliyev məsələyə müdaxilə etmək qərarına gəlib. O, 23 oktyabr 2014-cü ildə məktəbə gələrək oğlu ilə mübahisə edən uşağı təhdid etməyə başlayıb. Yeniyetmə elə həmin gün özünə qəsd edib. Hadisə baş verən zaman onun 10 yaşı olub.

Cia.az