|
Azərbaycanda zəlzələ

Bu gecə Lənkəran rayonunda zəlzələ baş verib.

ANS PRESS-in AMEA Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 04.39.24-də Lənkərandan 2 km qərbdə qeydə alınıb.

İlkin məlumata görə, yeraltı təkanlar episentrdə 3.0 bal gücündə hiss olunub.

Yerin 37 km dərinliyində meydana gəlmiş təbii fəlakət hiss olunmayıb