Almaniyanın “Borussiya” klubunun erməni legioneri Henrix Mxitaryan Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları “Qəbələ” ilə oyuna hazırlaşdığını bəyan edib.
Bundesliqanın son turunda keçirilmiş “Maynts”la matçdan sonra, jurnalistlər ona Azərbaycana viza alıb-almadığına dair sual veriblər.
Ermənistan millisinin üzvü suala belə cavab verib: “Bilmirəm. Pasportum məndə deyil. Bunu rəhbərlikdən soruşmağınız yaxşı olar. Mən oyuna hazırlaşıram”.
Qeyd edək ki, “Qəbələ” – “Borussiya” görüşü oktyabrın 22-də Bakıda keçiriləcək və saat 22:00-da başlayacaq.
Cia.az
