Azərbaycan Prezidenti İlham Əliyev Y.C.Vahabova Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Cia.az xəbər verir ki, sərəncamda deyilir:
“1. Azərbaycanda energetikanın inkişafında xidmətlərinə görə Yaşar Cabbar oğlu Vahabova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
Cia.az
